15 
Fev
2019
16:12
139
37
2260
Virtual karabakh

Pəhriz saxlayır, amma kökəlib - Trampda piylənmə gedir

15 Fev, 2019
16:12
2260

Pəhriz saxlayır, amma kökəlib - Trampda piylənmə gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp pəhriz saxlamasına rəğmən, bir il ərzində çəki artırıb.  

Politico” nəşrinin məlumatına görə, bunu Birləşmiş Ştatların birinci həkiminin açıqladığı məlumatlar əks etdirir.

Prezidentin şəxsi həkimi Şon Konlinin sözlərinə görə, 190 sm boyu olan Trampın çəkisi 112,2 kq təşkil edir. Belə olan halda Ağ Ev rəhbərinin bədən kütləsi indeksi 30,4 kq təşkil edir. Həkimin dediyinə görə, 30 kq-dan çox olan göstərici artıq kökəlmə sayılır.

Buna baxmayaraq, Konli 72 yaşlı prezidentin özünü gümrah hiss etdiyini, daxili orqanlarının yaxşı vəziyyətdə olduğunu, qan təzyiqi və göstəricilərinin normada olduğunu söyləyib.

Xatırladaq ki, bir il əvvəl prezidentin çəkisi 108,4 kiloqram idi. Həmin vaxt həkimi onda ilkin piylənmə əlamətləri aşkarlayaraq, daha az yağı və karbohidratı olan ərzaqlarla qidalanmağı və mütəmadi olaraq idmanla məşğul olmağı tövsiyə etmişdi. Buna görə Tramp çox sevdiyi “fastfood” yeməklərdən, xüsusilə yüksək kalorili burgerlərdən imtina etməli olmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri