16 
Fev
2019
08:59
165
50
2322
Virtual karabakh

ABŞ-da silahlı hücum: işdən qovulduğu üçün 5 nəfəri öldürdü - FOTO

16 Fev, 2019
08:59
2322

ABŞ-da silahlı hücum: işdən qovulduğu üçün 5 nəfəri öldürdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın İllinois ştatının Avrora şəhərində yerləşən sənaye şəhərində silahlı insident baş verib. 

BBC-nin məlumatına görə, 45 yaşlı Qeri Martin odlu silahla beş nəfəri qətlə yetirib, bir neçə nəfər yaralanıb.

Polis qüvvələrinin hadisə yerinə səfərbər olunmasından sonra tərəflər arasında atışma baş verib. Qeri Martin qətlə yetirilib. Silahlı qarşıdurma zamanı beş polis zabiti güllə yarası alıb.

İlkin məlumata görə, hücumu həyata keçirən şəxs su boruları üçün klapanlar hazırlayan “Henri Pratt” şirkətinin keçmiş əməkdaşı olub və silahlı insidentdən bir müddət əvvəl işdən qovulub.

Ancaq yerli polis hələ ki, rəsmi olaraq hücumun motivləri barədə açıqlama verməyib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri