16 
Fev
2019
10:39
16
103
4249
Virtual karabakh

Lavrov onu izləyən “böyük qardaş”dan şikayətləndi

16 Fev, 2019
10:39
4249

Lavrov onu izləyən “böyük qardaş”dan şikayətləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın xarici işlər naziri Sergey Lavrov alman həmkarı Hayko Maasın onu diqqətlə izləməsi ilə bağlı zarafat edib.

Bu haqda Lenta.ru məlumat yayıb.

İnsident Lavrovun Niderlandın XİN rəhbəri Stefa Blokla Münhenin “Bayerischer Hof” mehmanxanasında keçirdiyi görüş zamanı baş verib.

Bunun onun Münhen Təhüləsizlik Konfransı çərçivəsində keçirdiyi ilk görüş olduğunu deyən S.Blok haşiyəyə çıxaraq  ekranların birində alman həmkarı H.Maasın çıxışının canlı yayımlandığına diqqət çəkib.

Bu əsnada Lavrov görkəmli yazıçı Corc Oruelin “1984” romanından məşhur ifadəni işlədərək, “Bəli, böyük qardaş izləyir”, - deyə zarafat edib.

Onun bu replikasından dərhal sonra televizoru söndürüblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri