16 
Fev
2019
15:12
464
50
4739
Virtual karabakh

Türkiyə S-400-ləri Amerika “Patriot”larına dəyişməkdən imtina etdi

16 Fev, 2019
15:12
4739

Türkiyə S-400-ləri Amerika “Patriot”larına dəyişməkdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ABŞ tərəfinin etirazlarına baxmayaraq, Rusiyanın S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək. 

“Hürriyət” qəzetinin məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

“Biz Rusiya ilə S-400-lərlə bağlı saziş imzalamışıq. Buna görə geri addımdan söhbət gedə bilməz. Biz vəd etdiyimiz kimi iyunda S-400 sistemlərini almaq üzərində işləyirik”, - Ərdoğan deyib. 

Bundan əvvəl, ABŞ Ankaranın Rusiyadan S-400 sistemlərini alacağı təqdirdə Türkiyəni “ZRK Patriot”ları satmaqdan imtina edəcəyi ilə hədələmişdi. 

Ərdoğan əlavə edib ki, Türkiyə maraqlarına cavab verən şərtlər altında Amerikaya məxsus “Partiot”ları almağa hazırdır.

Fevralın 14-də Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib ki, Vaşinqton S-400-lərin alışı ilə bağlı Ankaraya güclü təzyiq göstərir. 

Fevralın 13-də NATO baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika alyansı ölkələri, o cümlədən İtaliya və Fransa Türkiyəyə Rusiya silahlarına alternativ təklif etməyə hazırdır. 

Yanvarda məlum olub ki, Amerika nümayəndə heyəti Türkiyənin S-400 sistemlərindən imtina etməyə razı salmaq üçün Ankaraya gəliblər. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri