20 
Fev
2019
20:39
33
878
7580
Virtual karabakh

Tramp homoseksuallığı bütün dünyada qanuniləşdirmək istəyir

20 Fev, 2019
20:39
7580

Tramp homoseksuallığı bütün dünyada qanuniləşdirmək istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp bütün dünyada homoseksuallığın dekriminilizasiyasına nail olmaq niyyətindədir.

Bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyası homoseksuallığın cinayət sayıldığı və cinsi azlıqların təqib olunduğu ölkələrə yönəlmiş qlobal kampaniyanı işə salmağa hazırlaşır. 

Proqrama prezident administrasiyasının yüksək vəzifəli homoseksualı, ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell başçılıq edəcək.  

Kampaniyanın başlamasını qeyd etmək üçün artıq Birləşmiş Ştatların Berlindəki səfirliyinə Avropanın müxtəlif ölkələrindən olan LGBT fəalları çağırılıb. 

Ümumilikdə dünyada homoseksuallığın qanunla qadağan edildiyi və cinayət sayıldığı 72 ölkə var. Onlardan səkkizində buna görə ən ağır cəza – ölüm cəzası verilir.

İddiaya görə, proqramın işə salınmasına İranda bu yaxınlarda homoseksual olduğuna görə bir gəncin edamından sonra qərar verilib. İran ABŞ-ın əzəli siyasi rəqibi olsa da, Vaşinqtonun Yaxın Şərq ölkələrindən olan müttəfiqləri, o cümlədən, Səudiyyə Ərəbistanı, BƏƏ, həmçinin, Pakistan və Əfqanıstanın bu kampaniyaya qarşı çıxacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri