20 
Fev
2019
17:25
428
22
3329
Virtual karabakh

Çində ordu generalı rüşvətə görə ömürlük həbs olundu

20 Fev, 2019
17:25
3329

Çində ordu generalı rüşvətə görə ömürlük həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində hərbi tribunal korrupsiyada təqsirli bilinən ordu generalını ömürlük azadlıqdan məhrum edib.

Lenta.ru”nun məlumatına görə, bu barədə “Sinxua” agentliyi informasiya yayıb.

Məhkəmə prosesində Çin Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargahının keçmiş rəisi Fan Fenhuyanın rüşvət alıb-verdiyi, mənşəyi məlum olmayan iri məbləğdə pul vəsaitləri aldığı sübuta yetirilib. Generalın adına olan bütün daşınar-daşınmaz əmlak müsadirə olunub.

Yüksək çinli zabit partiyanın intizam qaydalarını pozmaqda təqsirli bilinib.

Fana qarşı istintaq 2018-ci ilin oktyabr ayında başlanılıb. O, hələ ötən il bu ittihamların irəli sürülməsindən sonra Kommunist Partiyasının sıralarından xaric edilmiş və general rütbəsindən məhrum edilmişdi.

“Reuters”in yazdığına görə, Fan Fenhuy ÇXR-nın sədri Si Cinpinlə ABŞ lideri Donald Tramp arasında keçirilən ilk görüşdə (2017-ci ildə) iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri