21 
Fev
2019
09:21
179
23
8772
Virtual karabakh

“S-300” komplekslərinin “qənimi” nümayiş olundu - VİDEO

21 Fev, 2019
09:21
8772

“S-300” komplekslərinin “qənimi” nümayiş olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin IAI (Israel Aerospace Industries) konserni Hindistanın Baqalor şəhərində keçirilən “Aero India” beynəlxalq sərgisi çərçivəsində “Mini-Harpy” adlı kamikadze-dronunu nümayiş etdirib.

Lenta.ru”nun məlumatına görə, şirkətin “YouTube”a yerləşdirilmiş videoçarxında kamikadze-dronun hədəflərindən biri Rusiyanın “S-300” və “S-400” zenit-raket komplekslərinin MZKT-7930 şassisinə qurulan 96L6E radarını xatırladır.

Saytın yazdığına görə, “Mini Harpy” taktiki sistemi özündə “Harop” və “Harpy” pilotsuz uçuş aparatlarının imkanlarını birləşdirir. Kamikadze hədəf peyda olana qədər havada patrul edə, müvafiq videonu operatora ötürə bilir. Onu həm quru, həm dəniz mövqelərindən buraxmaq olur, üstəlik, helikopterlərdən də buraxılışı mümkündür.

“Mini Harpy”nin çəkisi 45 kiloqram, döyüş başlığı isə səkkiz kiloqramdır. Dron bir uçuşa 100 kilometrə qədər məsafə qət edə bilir, uçuşun maksimum müddəti iki saatdır.

Xatırladaq ki, yanvar ayında İsrail Suriya ərazisində İrana aid olduğu bildirilən obyektlərə zərbələr endirib. Hava əməliyyatının gedişində Rusiya istehsalı olan “Pansir-C1” kompleksi məhv edilib. Bunun üçün İsrail qüvvələrinin “SkyStriker” kamikadze-dronundan istifadə etdiyi bildirilir.

Qeyd edək ki, “S-300” (ABŞ və NATO təsnifatına görə: SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 Gargoyle) - uzaqmənzilli zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanıb. 1978-ci ildə sistemin sınağı başa çatıb.

Azərbaycan 2010-cu ildə Rusiyadan iki divizion “S-300 PMU2” kompleksi alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyunun 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub.

Azərbaycan ordusunun silahlanmasına İsrail istehsalı olan “Harop” kamikadze-dronları da daxildir. “Harop” ilk dəfə 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı “Dörd günlük müharibə” hərbi əməliyyatları zamanı Azərbaycan ordusu tərəfindən istifadə olunub. Nəticədə, bir çox vacib hədəflər dəqiqliklə məhv edilib.

Məhv edilən hədəflər arasında Ermənistandan işğal altında olan Ağdərə rayonu ərazisinə göndərilən birinci Qarabağ müharibəsi veteranlarından ibarət könüllüləri daşıyan avtobus da yer almaqdadır. Beş erməni hərbçisi yerindəcə ölüb, ikisi isə sonradan xəstəxanada keçinib. Madagizdə iki hərbi hissə qərargahının məhv edilməsində də bu PUA-lardan istifadə olunub.

Hazırda Azərbaycan ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri