21 
Fev
2019
09:26
7
206
2107
Virtual karabakh

Banqladeşdə güclü yanğın: 81 ölü - FOTO/VİDEO

21 Fev, 2019
09:26
2107

Banqladeşdə güclü yanğın: 81 ölü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Banqladeşin paytaxtı Dəkkədə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın azı 81 nəfərin həyatına son qoyub.

Bu barədə BBC məlumat yayıb.

Alovun kimyəvi maddələrin saxlanıldığı birinci mərtəbədən başladığı və sürətlə digər mərtəbələrə və yaxınlıqda yerləşən üç binaya yayıldığı bildirilir.

Banqladeş polisinin məlumatına əsasən, insident yerli vaxtla 23:40 radələrində baş verib.

Faciənin yaşandığı Çavkbazar rayonu Dəkkənin ən qədim hissəsidir. Dar küçələri olan bu rayonda evlər və binalar bir-birinə həddindən artıq yaxın yerləşir.

Yanğından mühafizə briqadaları alovla saatlarla mübarizə aparıb; küçələrin dar olması və su çatışmazlığı onların işini xeyli ləngidib.

Faciə qurbanlarının bina sakinləri, restoran müştəriləri və işçiləri, toy şənliyinin qonaqları, həmçinin, binanın qarşısında duran bəzi insanlar olduğu bildirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri