21 
Fev
2019
09:55
13
342
7880
Virtual karabakh

Tayvanlı kişi əməliyyatdan imtina edən arvadını və uşaqlarını öldürdü - FOTO

21 Fev, 2019
09:55
7880

Tayvanlı kişi əməliyyatdan imtina edən arvadını və uşaqlarını öldürdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tayvan sakini həyat yoldaşını və iki uşağını öldürüb. Buna səbəb qadının sinəsini ikinci dəfə böyütməkdən imtina etməsi olub.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Pen Huey Ay bundan əvvəl 32 yaşlı əri Vu Men Yunun tələbi ilə bir dəfə sinəsini böyütmə əməliyyatından keçib. 2018-ci ilin noyabr ayından bəri cütlüyün münasibətlərində ciddi münaqişələr ortaya çıxıb və onlar bir müddət ayrı yaşamağa qərar veriblər.

Cütlüyün böyük oğulunun əvvəl dediyinə görə, atası “ideal bədən” quruluşu naminə anasının yenidən bıçaq altına uzanmasını istəyib. Ancaq 34 yaşlı Huey Ay xarici görünüşünü dəyişməkdən imtina edib və boşanmaq istədiyini bildirib.

Sonuncu dəfə mərhumun valideynləri onu və uşaqlarını boşanmanın detallarını müzakirə etmək üçün ərinin yanına yollanan zaman görüb.

Polis Men Yunun dostundan müvəqqəti aldığı taksinin salonunda dörd nəfərin meyitini aşkarlayıb. Qadın ön oturacaqda əlləri bağlı, əyləşmiş vəziyyətdə olub. Doqquz yaşlı oğlan və altı yaşlı qızın cansız bədəni isə arxa oturacaqda olub. Ölüm səbəbi ilə bağlı iki versiya irəli sürülüb.

Əsas versiyaya görə, kişi ailə üzvlərini avtomobildə dəm qazı ilə zəhərləyib. 

İkinci versiyaya əsasən, Men Yu ailə üzvlərini onların qidasına təhlükəli maddə qatmaq yolu ilə zəhərləyib. Bu versiyanı isə avtomobildə “McDonalds” restoranından alınmış “fast-food”a görə verilmiş qəbz möhkəmləndirir.

Dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün meyitlərin bu gün yarılacağı bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri