21 
Fev
2019
10:51
50
132
3631
Virtual karabakh

Venesuela konsulluq və səfirliklərinə hücumlar başladı - VİDEO

21 Fev, 2019
10:51
3631

Venesuela konsulluq və səfirliklərinə hücumlar başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekvadorun Quayakile şəhərində Venesuela baş konsulluğu bir qrup silahlı şəxsin hücumuna məruz qalıb.

Bu barədə Lenta.Ru məlumat yayıb.

Diplomatik nümayəndəliyin rəhbəri Fernando Bellonun sözlərinə görə, konsulluq binasına basqın edən yeddi yaraqlı içəridə olan pul vəsaitlərini oğurlayıb, həmçinin, konsulluq əməkdaşlarına fiziki xəsarətlər yetirib.

“Onlar bizim siyasi baxışlarımızı məsxərəyə qoyurdular”, - deyə Bello əlavə edib.

Faktla bağlı cinayət işi açılıb, silahlıların axtarışı həyata keçirilir.

Venesuela XİN rəhbəri Xorxe Arreasa daha əvvəl ölkənin Kosta-Rikadakı səfirliyinə naməlum şəxslərin hücum etdiyini bildirib. Müxalifət lideri Xuan Quaidonun “xarici işlər naziri” təyin etdiyi Maria Faria buna cavabında onun silahdaşları ilə birlikdə San-Xosedəki səfirlik binasını nəzarətə götürdüyünü açıqlayıb.

Xatırladaq ki, yanvarın 21-də Velesuelada bir qrup hərbçi çevrilişə cəhd edib. Bundan sonra qiyamçıların lideri Xuan Quaido Venesuelanın qanuni prezidenti Nikolas Maduroya 72 saat vaxt verib. Venesuela Hərbi Hava Qüvvələri də müxalifət lideri Xuan Quaydonu dəstəkləyib.

Yanvarın 24-də Venesuelanıın müdafiə naziri Vladimir Padrino Lopez ölkədə dövlət çevrilişi olduğunu bəyan edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri