22 
Fev
2019
02:15
50
190
7657
Virtual karabakh

Rusiyada ana oğlunun tabutunu şəhər meriyasının qarşısına gətirdi - VİDEO

22 Fev, 2019
02:15
7657

Rusiyada ana oğlunun tabutunu şəhər meriyasının qarşısına gətirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevraın 21-də Rusiyada qəribə insident baş verib.

RenTV-nin xəbərinə görə, ana ölmüş oğlunun tabutunu Samara şəhər meriyasının qarşısına gətirib. Buna səbəb ananın oğlunu basdırmağa yer tapa bilməməsi olub.

Mərhumun yaxınları bildirblər ki, şəhərdə fəaliyyət göstərən məzarçılar şəbəkəsi ölülərin dəfn edilməsinə problemlər yaradır, məzar yerləri üçün böyük pullar tələb edirlər.

Mərhumun anası oğlunun dəfni üçün ondan 50 min rubl istənildiyini və buna imkanı çatmadığını deyib.

Məlumatda bildirilir ki, hüquq mühafizə orqanlarının əməkdaşları məsələni  həll edə bilməyiblər. Axşam saatlarında meriya qarşısındakı meydan boşalıb. Ölənin yaxınlarının tabutu hara apardığı məlum deyil.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri