22 
Fev
2019
11:37
74
50
4806
Virtual karabakh

Şarm-əş-Şeyx hasarlanır - VİDEO

22 Fev, 2019
11:37
4806

Şarm-əş-Şeyx hasarlanır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misir hökuməti Şarm-əş-Şeyx kurortu ətrafında hündür beton divarın inşası üzrə işlərə start verib.

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Cənubi Sinay bölgəsinin qubernatoru belə bir tikintinin getdiyi ilə bağlı xəbərləri təkzib edir. Lakin fotoşəkillər və videokadrlar bunun əksini sübut edir. Beton divarın hündürlüyü altı metrə yaxındır.

“Bu, divar deyil. Bizdə divar yoxdur”, - deyə qubernator Xalid Fuda bildirib. Onun sözlərinə görə, layihədə dörd gözəl darvazası olan hündür beton maneə və 37 kilometrlik tikanlı məftilli çəpərlərin inşası nəzərdə tutulur.

Qubernatorun dediyinə görə, bu, Şarm-əş-Şeyxə həm gözəllik qatacaq, həm də təhlükəsizliyi təmin etməyə kömək edəcək.

Yerli sakinlər isə qurulan divarın kurortu heç də təhlükəsiz etməyəcəyini və terrorçuların qarşısını almayacağını, əksinə, insanları qıcıqlandıracağını bildirir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri