24 
İyl
2014
18:50
3
129
4251
Virtual karabakh

Ukraynada erməni təxribatı – VİDEO

24 İyl, 2014
18:50
4251

Ukraynada erməni təxribatı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən sizin torpağa Azərbaycandan gəlmişəm! Öldürməyə!”.

YouTube və populyar sosial şəbəkə Facebook-da Ukraynanın şərqində Azərbaycana qarşı erməninin təxribatının əks olunduğu videoçarx yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu videoda Samvel Krım taburundan olan Kaspar adlı bir erməni özünü azərbaycanlı kimi qələmə verərək Ukrayna və Azərbaycan xalqları arasında münaqişə yaratmağa çalışıb.

O, sevinclə: “Mən sizin torpağa Azərbaycandan gəlmişəm! Öldürməyə!”. Videoçarxın altında “Motorola”nın (“DXR” və “LXR” məşhur yaraqlısı) azərbaycanlı muzdlusu”.

Azərbaycanlılar ermənilərin bu təxribatını belə şərh ediblər:

“Bu şərəfsizlər necə yaşayır?! Bu çarxla harda rastlaşsaz təkzib edin! Bu hər zaman belə olub, onlar həmişə kimisə güdaza veriblər! Güclünün üzünə gülüb ayağının altına yıxılıblar... sonra isə arxadan zərbə, elə vururlar ki, heç ruhun da incimir! Türkiyə ilə də belə olub, bizim ilə də, zamanı gəlincə Rusiya ilə də belə olacaq...”.

“Ukraynalılar, dostlar bu təxribata uymayın! Bu azərbaycanlı deyil, ola da bilməz. Biz ölkəmizin adını bu şərəfsizin tələffüz etdiyi kimi demirik. Biz əvvəldən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. İndi də tamamən sizin tərəfinizdəyik. Ümumiyyətlə, reaksiya verməyin. Səmimi qəlbdən inanırıq ki, bu alçağı kim isə bir gün yaxşıca əzişdirəcək”.

“Onun adı Kaspardır, o Krımın Samvela batalyonundandır. Özünü azərbaycanlı kimi qələmə verir ki, Ukrayna və Azərbaycan xalqı arasında münaqişə yaratsın. İkiüzlü-təxribatçı!”.

“Ayıq-sayıq olun. O, özünü Qafar adlandırır. Artıq dəfələrlə efirdə peyda olub və iddia edir ki, Azərbaycandandır. Bu, təxribatdır. Bilirlər axı, Azərbaycan Ukraynanın tərəfindədir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri