28 
İyl
2014
13:33
25
279
7982
Virtual karabakh

Dəhşət: Peyğəmbərin məqbərəsi yerlə yeksan edildi - VİDEO

28 İyl, 2014
13:33
7982

Dəhşət: Peyğəmbərin məqbərəsi yerlə yeksan edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu haqqda xəbər “İslam Dövləti” terror təşkilatının “twitter” səhifəsində yayımlanıb.

“İslam Dövləti” (İŞİD) təşkilatı İraqın Mosul şəhərində Yunis peyğəmbərin (ə) məqbərəsini dağıtdıqdan sonra Şeys peyğəmbərin (ə) məqbərəsini də havaya uçurdu. Şeys peyğəmbərin (ə) məqbərəsinin partladılması “İslam Dövləti” terror təşkilatının “twitter” səhifəsində yayımlanıb.

İslam Dövləti”nin “Sahavat News” “twitter” səhifəsi iddia edib ki, onlar bunu İslam peyğəmbərin qəbrlərin dağıdılması ilə bağlı əmrlərinə əsasən həyata keçiriblər.

Qeyd edək ki, “İslam Dövləti” terror təşkilatı Mosulu ələ keçidikdən sonra burada yerləşən tarixi abidələr, heykəllər, şairlər və xalq simalarının qəbrləri, türbələr, övliyaların məqbərələri, hüseyniyyələr və ən əsası peyğəmbərlərin qəbrlərini və qədəmgahlarını dağıtmağa başlayıblar. (interaz)

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri