28 
İyl
2014
14:31
7
64
769
Virtual karabakh

BMT: Ukraynada hərbi münaqişə nəticəsində 1129 dinc sakin həlak olub

28 İyl, 2014
14:31
769

BMT: Ukraynada hərbi münaqişə nəticəsində 1129 dinc sakin həlak olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

100 mindən çox insan məcburi köçkün olub.

Aprelin ortalarından Ukraynada hərbi münaqişə nəticəsində 1129 dinc sakin həlak olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu haqda BMT-nin insan haqları üzrə Ali komissarı idarəsi tərəfindən hazırlanan xüsusi hesabatda deyilir. 

Ukraynada insan haqları sahəsindəki duruma həsr olunmuş hesabatda qeyd olunub ki, münaqişə nəticəsində dinc əhali arasında itkilərin dəqiq sayını öyrənmək mümkün deyil. Lakin BMT-nin insan haqları komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatı missiyası tərəfindən təqdim olunan məlumata əsasən, aprelin ortalarından iyulun 26-dək Ukraynada 1129 nəfər dinc sakin ölüb, 3442 nəfər yaralanıb.

Ukraynanın şərqində 100 mindən çox insan məcburi köçkün olub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri