19 
Sen
2017
22:59
213
124
1436
Virtual karabakh

İsveçrədə ictimai yerlərdə üzün bağlanmasına qadağa qoyuldu

19 Sen, 2017
22:59
1436

İsveçrədə ictimai yerlərdə üzün bağlanmasına qadağa qoyuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrənin Sankt Qallen bölgəsinin parlamenti ictimai yerlərdə üzün bağlanmasına qadağa qoyulmasını dəstəkləyib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İsveçrə teleqraf agentliyi məlumat yayıb. Məlumata görə, qadağanın təhlükəsizliyə təhdid yaranacağı halda tətbiq ediləcəyi nəzərdə tutulur. Belə ki, şübhəli hesab edilən müsəlman qadınlar polisin tələbi ilə üzünü açmağa məcbur olacaqlar.

Qanun layihəsi ilk oxunuşda qəbul edilib, 59 deputat “leyinə” və 54 nəfər “əleyhinə” səs verib.

Qadağa çadra geyinən müsəlman qadınlara, habelə etiraz aksiyalarında üzü bağlı etirazçılara da tətbiq ediləcək.

Qanun layihəsi parlamentdə çoxluq təşkil edən mühafizəkar Xalq Partiyasının nümayəndələri tərəfindən irəli sürülüb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri