Avq
2014
21:00
13
178
5437
Virtual karabakh

Dünya təşvişdə: Ebola virusu Afrikanı qırıb-çatır

6 Avq, 2014
21:00
5437

Dünya təşvişdə: Ebola virusu Afrikanı qırıb-çatır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölənlərin sayı 932-yə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri ölümcül Ebola xəstəliyinin yayılmasını müzakirə etmək üçün toplantı keçirir.

İsveçrənin Cenevrə şəhərində keçirilən toplantının iki gün davam edəcəyi gözlənilir. Toplantıda xəstəlik barədə qlobal səviyyədə fövqəladə vəziyyətin elan edilməsi barədə qərar veriləcək.

Bundan savayı Liberiyada Ebolaya tutulan iki amerikalı eksperimental dərman qəbul edəndən sonra deyilir ki, onların səhhəti yaxşılaşmaqdadır.

Oxu.Az Virtualaz.org saytına istinadən xəbər verir ki, Ebola xəstəliyini aşkar edən professor Peter Piot BBC-yə deyib ki, Qərbi Afrikada bu xəstəliyini qabağını almaq üçün bu cür dərmanlardan daha geniş istifadə olunmalıdır.

Fevralda başlayan və artıq dörd ölkəyə yayılan xəstəliyə görə artıq 900-a yaxın adam həyatını itirib. ÜST isə xüsusi bəyanatında bildirir ki, Ebola xəstəliyindən ölənlərin sayı 932-yə çatıb. Avqustun 2-dən avqustun 4-nə kimi 45 adam ölüb. Onlar Qvineya, Syerra Leone, Nigeriya və Liberiyadadır.

Eyni vaxtda xəstəliyə şübhəli bilinənlərin sayı 108 nəfər artıb. Hazırda 1711 belə adam var. Yeni xəstələr ən çox Liberiyadadır.

Qızdırma xəstəliyi olan Ebolanın dərmanı hələ də tapılmayıb. Bəzi məlumatlara görə, xəstələrin 60, başqa məlumata görə 90 faizi ölür. Xəstəlik Afrikanın qərbində yayılıb.   

Xəstəliyin simptomları bunlardır:

Yüksək temperatur, qanaxma və mərkəzi sinir sisteminə zərər

Ölüm dərəcəsi 90 faizədək qalxa bilər, amma hazırda təxminən 55 faizdir

İnkubasiya müddəti 21 gündür

Vaksin və ya müalicəsi yoxdur.

Bu arada “British Airways” hava nəqliyyat şirkəti Liberiyadan və Syerra Leonedən Londona və əks istiqamətdə uçuşları avqustun sonunadək dayandırdığını bildirib.

Bundan əvvəl “British Airways” həftədə dörd dəfə Londonun Hitrou aeroportundan Liberiya vasitəsilə Syerra Leoneyə uçurdu.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri