19 
Sen
2017
19:40
67
252
15958
Virtual karabakh

Lavrov isveçli jurnalisti qovdu: Rədd olun – VİDEO

19 Sen, 2017
19:40
15958

Lavrov isveçli jurnalisti qovdu: Rədd olun – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində Nyu Yorkda isveçli həmkarı Didye Burkxalterlə görüşüb.

Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, görüşdən əvvəl Lavrovla isveçli jurnalist arasında maraqlı dialoq yaşanıb.

Jurnalist "Burkxalterin son günlərində ona nə arzulayardız” sualına Lavrov belə cavab verib: "İndi mətbuat konfransı deyil. Sualınıza gəlincə, əsas mənim ona deyil, onun özünə nə arzulamasıdır”.

Cavab İsveç XİN rəhbərinin xoşuna gəlib: "Əsl rus cavabıdır”.

Bundan sonra, Lavrov jurnalistə gülümsəyərək "İndi isə rədd olun” sözünü deyib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri