31 
Avq
2014
11:30
35
34
1597
Virtual karabakh

Ekvador dünyada ilk dəfə elektron valyuta yaradır

31 Avq, 2014
11:30
1597

Ekvador dünyada ilk dəfə elektron valyuta yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elektron valyutanın həcmi əhali arasındakı tələbatdan asılı olacaq.

“Associated Press” agentliyi yazır ki, Ekvador dünyada birinci dövlət elektron valyutası yaratmağı planlaşdırır. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, dollardan milli məzənnə kimi imtina edilməsi yolunda atılacaq ilk addım ola bilər.

Planlaşdırılan virtual valyuta hələ ki adsızdır, pul vahidinin buraxılması dekabrda nəzərdə tutulub. Ekvador məmurları deyiblər ki, valyuta bitkoinə oxşamayacaq. Elektron valyutanın həcmi əhali arasındakı tələbatdan asılı olacaq.

Yeni pul vahidi dollarla tandem şəkildə mövcud olacaq və Latın Amerikası ölkəsinin ənənəvi bank xidmətlərindən istifadə edə bilməyən əhalisinə hesablanıb. Beləliklə, ekvadorlular mobil telefonların vasitəsilə virtual valyutanın köməyi ilə hesablaşacaqlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri