31 
Avq
2014
11:45
38
17
1003
Virtual karabakh

“Ebola”yla bağlı fəaliyyət planı elan edildi

31 Avq, 2014
11:45
1003

“Ebola”yla bağlı fəaliyyət planı elan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırkı Ebola epidemiyası özündən əvvəlkilərin hamısını əhəmiyyətli dərəcədə geridə qoyacaq”.

Dünya Səhiyyə Təşkilatı (DST) Qərbi Afrikada Ebola epidemiyasının tüğyan etməsi ilə əlaqədar beynəlxalq birlik üçün fəaliyyət planını elan edib. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, planın əsas məqsədi 6-9 ay ərzində xəstəliyin yayılmasının qarşısını almaqdır.

DST-nin mütəxəssisləri bildirirlər ki, dünya ictimaiyyəti Ebola ilə mübarizədə təcili olaraq səylərini fəallaşdırmalıdırlar. Xəstəlik hallarının 40 faizi son üç həftədə qeydə alınıb. Xəstəliyə yoluxanların ümumi sayı artıq 1500-ü keçib.

DST-nin nümayəndəsi Bryus Eylvord qeyd edib : “Hazırkı Ebola epidemiyası özündən əvvəlkilərin hamısını əhəmiyyətli dərəcədə geridə qoyacaq. Hətta son onillikdə ən irimiqyaslı epidemiya zamanı 400-dək hadisə qeydə alınıb. Lakin rəqəmlər ən vacibi deyil. Biz istisna halları ilə qarşılaşmışıq və mövcud şəraitdə hər hansı fəaliyyət planı tərtib etmək çox çətindir”.

Virus eyni vaxtda dörd ölkədə - Qvineya, Liberiya, Nigeriya və Syerra-Leonedə yayılıb. Bu ölkələr özləri xəstəliyin yayılmasının qarşısını ala bilmirlər.

Dünya Səhiyyə Təşkilatının təklif etdiyi plan Ebola xəstəliyinə yoluxanların gətirildiyi tibb məntəqələrinin ehtiyaclarına və ölənlərin təhlükəsiz dəfn olunması qaydalarına diqqəti cəmləşdirməyi nəzərdə tutur. Sənəddə həm də ictimaiyyətin xəstəliklə mübarizədə səfərbər olmasının vacibliyini vurğulanır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri