Sen
2014
11:03
6
67
2120
Virtual karabakh

“İslam Dövləti”nin yaraqlıları cizgi filminin qəhrəmanlarına çevrildilər

2 Sen, 2014
11:03
2120

“İslam Dövləti”nin yaraqlıları cizgi filminin qəhrəmanlarına çevrildilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Seriyaların birində taksi sürücüsü musiqiyə qulaq asmaqdan imtina edən cihadçını aparır.

“İslam Dövləti” ekstremistləri cizgi filmlərinin qəhrəmanlarına çevriliblər, bu filmlər ərəb telekanallarında baxışdan sonra internetə buraxılıb.

Oxu.Az bu barədə Associated Press-ə istinadən xəbər verir.

Baş qəhrəman yöndəmsiz yaraqlıdır, o, İraqa raket atmaq istəyəndə, mərmini öz komandirinin ayağına salır.

Son zamanlar Yaxın Şərq ölkələrində islamçıları məzhəkəyə qoyan bir çox satirik proqramlar meydana gəlib. “İslam Dövləti” yaraqlıları islama yanlış münasibət formalaşdırırlar, onlara gülərək, ekstremistlərə qarşı çıxış etdiyimizi göstəririk”, - Ktir Salbe Show ssenari müəlliflərindən və prodüsserlərindən biri Nabil Assaf  bəyan edib.   

Bu şounun seriyalarının birində taksi sürücüsü musiqiyə qulaq asmaqdan imtina edən cihadçını aparır. O, bunu musiqinin erkən islam dövründə mövcud olmaması ilə izah edir. Bu səbəbdən islamçı kondisionerdən də etiraz edir, hətta sürücünü mobil telefondan istifadə etdiyi üçün tənqid belə edir. Bundan sonra sürücü ondan o dövrdə taksinin olub olmamasını soruşur, buna cavab təbii ki, “Xeyr, xeyr, olmayıb”dır. Sürücü onu düşürdərək dəvə gözləməsini deyib.

Suriyada gülüş hədəfi yalnız “İslam Dövləti” ekstremistləri deyil, eləcə də Saudiyyə Ərəbistanının hakimiyyətidir. Dəməşq onları inqilabçılara dəstək verməkdə ittiham edir. İraqda satiriklər yalnız yaraqlıları tənqid etmirlər, eləcə də İraqın keçmiş prezidenti Səddam Hüseyn ilə işləyən məmurları da tənqid edirlər.

“İslam Dövləti” yaraqlıları İraqın şimal və qərb rayonlarına 2014-cü ilin iyun ayında hücum ediblər. Qısa zaman ərzində onlar ölkənin iri şəhər və qəsəbələrini işğal ediblər. Ekstremistlər Suriya və İraqda nəzarət altına aldıqları ərazilərdə “İslam xəlifəti”nin yaradılmasını elan ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri