Sen
2014
12:28
30
22
1171
Virtual karabakh

Fidel Kastro NATO üzvlərini nasistlərlə müqayisə edib

2 Sen, 2014
12:28
1171

Fidel Kastro NATO üzvlərini nasistlərlə müqayisə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç kimin şəhərləri dağıtmağa, uşaqları öldürməyə ixtiyarı yoxdur”.

Kuba inqialabının lideri Fidel Kastro NATO ölkələrinin nümayəndələrini nasistlərlə müqayisə edib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Cubadebate internet qəzetində bildirilib.Fidel Kastro ABŞ və Avropa ölkələrinin siyasətinin yaxın günlərdə yerlə yeksan olacağından, dolların isə yuan və rubldan asılı vəziyyətə düşəcəyindən əmindir.

“Heç kimin şəhərləri dağıdmağa, uşaqları öldürməyə, ətrafa aclıq və ölüm  saçmağa ixtiyarı yoxdur. İkinci dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının yaradılması bu gün illuziyaların “böyük yalan”ı kimi qəbul edilir”, - Kastro yazır, bundan başqa əlavə edib ki, bütün bunlar Üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilər. Bu müharibə zamanı isə bütün bəşəriyətin mövcudluğuna son qoyan silahdan istifadə edilə bilər.

“Çoxları NATO-nun bəzi avropa nümayəndələrinin SS nasistləri təbirində bəyanatlarını eşidəndə təəccüblənirlər”, - kuba inqilabının lideri qeyd edib. Bu zaman o vurğulayıb ki, “Adolf Hitlerin acgözlüyə əsaslnamış imperiyası tarixin şərəfsiz səhifələrindən olub, bu gün NATO aqressiv və burjuaziya hökümətlərini dəstəkləməklə eyni yolda aımlayaraq bütün dünyada gülünc vəziyyətə düşür”.

Avqustun əvvəlində Kastro ABŞ və Avropa ölkələrinin siyasi problemlərinə toxunaraq, məqaləsində Qərbin ən böyük səhvinin Rusiyaya qarşı münasibətində olduğunu göstərmişdi. Onun sözlərinə görə “onlar, İkinci Dünya Müharibəsi zamanı öz vətənlərini spartalılar kimi qoruyan rusiya vətəndaşlarını düzgün  qiymətləndirməyiblər”. Bundan başqa o dünya siyasi xəritəsində dəyişikliklərdən də danışıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri