Sen
2014
13:11
137
17
2644
Virtual karabakh

Ərəb şeyxi: İŞİD-ə qoşulma Allaha xəyanətdir

2 Sen, 2014
13:11
2644

Ərəb şeyxi: İŞİD-ə qoşulma Allaha xəyanətdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Allahın qullarına əzab verirlər”.

Səudiyyə Ərəbistanı müftisi Şeyx Səd Nasır əl-Şesri İŞİD-in vəhhabiliyin banisi Məhəmməd ibn Əbdülvahhabın təlimindən uzaq olduğunu söyləyib. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, “Darul- Fətva” qurumunun üzvü olan şeyx əl-Şesri övladları “İraq Şam İslam Dövləti”nə qatılan valideynləri də qınayaraq onların da buna məsuliyyət daşıdığını qeyd edib.

“İŞİD yəhudi və xristianlardan daha kafirdir. Onlar Allaha və onun  peyğəmbərinə qarşı savaşa başlayıblar. Allahın evlərini qapadır və din alimlərini öldürür, Allahın qullarına əzab verirlər. Bu qruplaşma ilə əlaqə qurmaq böyük günah işləməkj, hətta İslamdan çıxmaq deməkdir”, – deyə şeyx əl-Şesri bildirib. – “Öldürülən İŞİD üzvləri cənnətə deyil, cəhənnəmə vasil olurlar, onlara beyət etmək dəyərsizdir. İŞİD-lilərlə hər cür işbirliyi haram  və Allaha xəyanətdir. Onlara qarşı savaşmaq isə vacibdir. İŞİD-lə savaşda ölənlər şəhiddir”.

Sonda fətva qurumu üzvü olan ruhani qeyd edib ki, İŞİD-çilər bütpərəstlərdən də kafirdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri