Sen
2014
12:30
49
229
20350
Virtual karabakh

Məhəmməd Peyğəmbərin məqbərəsi dağıdıla bilər – FOTO

2 Sen, 2014
12:30
20350

Məhəmməd Peyğəmbərin məqbərəsi dağıdıla bilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peyğəmbərin qəbri üstündəki yaşıl gümbəzin də dağıdılması nəzərədə tutulub.

Britaniya mətbuatı xəbər verir ki, Səudiyyə Ərəbistanı Məhəmməd Peyğəmbərin məzarı olan məscidi sökməzdən əvvəl cəsədin qalıqlarını qəbiristanlıqdakı adsız məzarda dəfn etməyi planlaşdırır.
 
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, aparıcı Səudiyyə üləmasının hökumətə təqdim etdiyi layihədə Məhəmməd Peyğəmbərin sümüklərinin Mədinədəki əl-Nəbavi məsçidindən çıxarılaraq yaxınlıqdakı əl-Baqi qəbiristanlığında adsız məzara köçürülməsi təklif olunur.
 
Milyonlarla insanın ziyarət etdiyi bu məscid Kəbədən sonra İslamın ən müqəddəs yeri sayılır.
 
Bu barədə xəbərlərin mediaya sızmasına səbəb isə başqa bir Səudiyyə üləmasının bu təklifə qarşı çıxması olub.
 
İxtilaf doğuracaq təklif
 
Hökumət krala təqdim olunmuş 61 səhifəlik təklifə hələlik münasibət bildirməyib.
 
Bir çox İslam alimləri həm sünnilər, həm də şiələr üçün müqəddəs olan bu məqbərənin dağıdılmasının ixtilaf yaradacağını söyləyiblər.
 
İslamın vəhhabi təriqətinə sadiq olan Səudiyyə ruhani liderləri bütpərəstliyə bənzər sitayiş obyekti olan nə varsa, hamısının ləğv edilməsinə çalışırlar.
 
Əl-Nəbavi – Peyğəmbərin evi və məzarı
 
Londonda mənzillənmiş İslami İrs Araşdırma Fondunun direktoru doktor İrfan Ələvi “The İndependent” qəzetinə bildirib ki, sökülməsi təklif edilən məsçid Peyğəmbərin və ailəsinin yaşadığı ev olub və hazırda dünya müsəlmanları tərəfindən müqəddəs ocaq kimi ziyarət edilir.
 
Əl-Nəbavi məscidi üzərindəki məqbərə tarix boyunca müxtəlif hökmdarlar tərəfindən abadlaşdırılıb və genişləndirilib.
 
Məsçidin abadlığına, xüsusən də Osmanlı imperatorları böyük töhfə veriblər.
 
Bu məsçidin divarlarında naxışlı hüsn-xətlə Məhəmməd Peyğəmbərin və ailəsinin həyatından epizodları əks etdirən yazılar var.
 
Müqəddəs məscidlərin yerində lüks otellər
 
Doktor Ələvi bildirir ki, təkliflərdə bütün bunların, habelə Peyğəmbərin qəbri üstündəki yaşıl gümbəzin də dağıdılması nəzərədə tutulub.
Britaniya qəzetləri arasında Yaxın Şərq və İslam məsələlərinə daha geniş diqqət verən “The İndependent”  yazır ki, Məkkə şəhərinin özündə də son illər dəbdəbəli otellərin və istirahət qurğularının tikintisi üçün minillik tarixə malik müsəlman abidələri dağıdılıb.
Qəzet Məkkənin tarixi binalarının 95 faizinin artıq söküldüyünü xəbər verib.
 
Bura Fatimənin də evi olub
 
Doktor Ələvi bildirib ki, Mədinədəki əl-Nəbavi məscidinin sökülməsi barədə təklifi ölkənin aparıcı üləması Əli bin Əbdüləziz əl-Şabal verib.
 
Özü şiə olan İrfan Ələvi “The İndependent” qəzetinə deyib ki, bu məscid şiələr üçün olduqca müqəddəs yer sayılır, çünki Məhəmməd Peyğəmbərin kiçik qızı, imam Hüseynin anası Fatimə də burada yaşayıb.
 
Məhəmməd Peyğəmbərin qalıqlarının köçürüləcəyi Cənnət əl-Baqi qəbiristanlığında Peyğəmbərin atası da daxil olmaqla bir çox qohumları dəfn edilib.
 
Yeri gəlmişkən, Peyğəmbərin atasının qəbri buradan 1970-ci illərdə çıxarılıb. 1924-cü ildə məzarlıqdakı bütün nişanələr dağıdılıb ki, bütpərəstlik adətlərinə rəvac verməsin.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri