18 
Sen
2014
22:25
11
101
2923
Virtual karabakh

İŞİD daha bir britaniyalı jurnalistin video görüntülərini yayıb

18 Sen, 2014
22:25
2923

İŞİD daha bir britaniyalı jurnalistin video görüntülərini yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O hər an edam edilə bilər.

İnternetdə  “İslam Dövləti” qruplaşması tərəfindən girov götürülən növbəti  britaniyalı jurnalistin video görüntüləri yayılıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, girovluqda saxlanılan şəxsin terrorçuların edamla hədələdikləri Alan Henninqin olmadığı bildirilir.

Əynində narıncı rəngli paltar olan britaniyalı girov götürüldüyünü və hər an edam edilə  biləcəyini bildirib.

O, ABŞ və Britaniyanın nə üçün yeni müharibəyə qoşulduğunu soruşur. O, həmçinin bu video görüntünün silsilə “proqramlardan” biri olduğunu bildirərək, bu müraciətlərdə “İslam Dövləti”nin fəlsəfəsindən danışacağını qeyd edib.

“RİA Novosti” video çarxda əks olunan şəxsin jurnalist Con Kentli olduğunu bildirir. Kentli video görüntüdə terrorçular tərəfindən 2012-ci ildə girov götürüldüyünü bildirib.

KİV-lərdə Con Kentlinin avqustda terrorçular tərəfindən edam olunmuş Ceyms Fouli ilə birlikdə Liviyada çalışdığı  bildirilir.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri