23 
Sen
2014
21:41
11
108
7316
Virtual karabakh

Pələng məktəblini belə parçaladı - VİDEO

23 Sen, 2014
21:41
7316

Pələng məktəblini belə parçaladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzi uşaqlar pələngə kiçik çubuqlar və daşlar atırdılar”.

Hindistanda Dehli heyvanat parkında məktəblinin ağ pələngin qəfəsinə tullanması faciə ilə nəticələnib.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, məktəbli oğlan hasardan tullanaraq qəfəsə daxil olub və nəticədə pələng ona hucüm edib.

Hadisə şahidləri bildirirlər ki, günorta saatlarında parkda yüksək qışqırıq səsləri eşidiblər.

“Biz gördük ki, oğlan qəfəsdə olan zaman bəzi uşaqlar pələngə kiçik çubuqlar və daşlar atırlar. Bu isə pələngi əssəbləşdirdi və qəfəsə girən uşağa hücum edərək onun boğazından tutdu. Oğlan 10-15 dəqiqə olduğu yerdə qaldı, amma heç kim ona kömək etmədi”, deyə hadisə şahidləri bildirirlər.

Hadisə yerinə dərhal polis çağrılıb. Lakin uşaq artıq ölmüşdü. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri