23 
Sen
2014
23:36
45
55
4067
Virtual karabakh

Kosmosa lift çəkilir

23 Sen, 2014
23:36
4067

Kosmosa lift çəkilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni texnologiya kosmosa yükün göndərilməsində daha geniş istifadə ediləcək.

Yaponiyanın “Obayashi” şirkəti 2050-ci illə qədər kosmosa lift tikilməsi ilə bağlı layihə hazırlayıb.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, yaponlar layihənin təfərrüatları barədə əlavə məlumat verməsə də bu layihənin özündə inanılmaz möhkəmliyi və yüngüllüyü uyğunlaşdıran karbon nanoborucuqlardan yaradılacağı bildirilir.

Yeni texnologiya kosmosa yükün göndərilməsində daha geniş istifadə ediləcək.

Məsələ burasındadır ki, layihənin həyata keçirilməsi üçün hələlik heç bir şirkət müraciət etməyib. Liftin trosunun yaradılması üçün möhkəmliyi 120Qpa təşkil edən material lazımdır. Bu zaman sözü gedən material kiçik çəkiyə malik olmalıdır. Onların tikintisi üçün karbon nanoborucuqlardan material münasibdir.

Lakin bəşəriyyət hələ onları sənaye miqyasında istifadə edə bilmir. Alimlər bu cür materialın gələcəkdə də əldə olunmasına şübhə ilə yanaşır.

Layihənin reallaşdırılmasına həmçinin onun yüksək dəyəri mane olur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri