30 
Sen
2014
15:42
18
98
3134
Virtual karabakh

İslamı qəbul etməyən iş yoldaşının başını kəsdi – FOTO

30 Sen, 2014
15:42
3134

İslamı qəbul etməyən iş yoldaşının başını kəsdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, bir ay öncə işdən azad edilib.

Faciə Amerikanın Oklahoma ştatının Mur şəhərində baş verib. “Vaughan Foods” şirkətinin 30 yaşlı əməkdaşı, iş yoldaşları 43 yaşlı Treysi Consonu və 54 yaşlı Kollin Haffordu bıçaqlayıb, sonra isə sonda adı çəkilənin başını kəsib.

Hadisənin şahidi qatilə atəş açıb, Oxu.Az Guardian-a istinadən xəbər verir.

Xəbər verildiyi kimi o, bir ay öncə şirkətdəki işindən azad edilib. Son iş günündə o qətl törədib və kolleqalarından birini ağır yaralayıb. Əməkdaşların sözlərinə görə Nolen əvvəllər dəfələrlə iş yoldaşlarını İslamı qəbul etməyə çağırıb.

Yerli müsəlman icmasının nümayəndələri bəyan ediblər ki, Nolen onlara “bir qədər qəribə” görünürdü. Bununla yanaşı o, islamçılar tərəfindən başı kəsilən jurnalistlərin xatirəsinə həsr edilmiş tədbirlərdə iştirak edirdi. Mur şəhərinin imamı bəyan edib ki, qatilin vəhşi davranışının onun dini baxışları ilə heç bir əlaqəsi yoxdur.

Hadisənin şahidi olan “Vaughan Foods” şirkətinin əməkdaşı qatilə atəş açaraq onu ağır yaralayıb. Hal-hazırda Alan Nolen xəstəxanadadır. Polis qətlin səbəblərini araşdırır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri