30 
Sen
2014
16:00
16
74
5475
Virtual karabakh

İŞİD yeni video yaydı - FOTO + VİDEO

30 Sen, 2014
16:00
5475

İŞİD yeni video yaydı - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Obama İraqdakı münaqişənin nizamlanması üçün yenə yanlış yol seçib”.

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması əsir alaraq girov kimi saxladığı britaniyalı jurnalist Con Kentlinin artıq 3-cü videosunu yayıb.
 
Oxu.Az Milli.Az-a istinadən bildirir ki, The Sunday Times, The Sun və The Sunday Telegraph-ın reportyoru, habelə sabiq hərbi fotoqraf bu videosunda da Qərb ölkələrinin İraqla bağlı siyasətini kəskin tənqid edib.
 
“Əfsuslar olsun ki, ABŞ prezidenti Barak Obama İraqdakı münaqişənin nizamlanması üçün yenə yanlış yol seçib. Aviazərbələr Qərb ölkələrinə onların gərəkli hesab etdikləri obyektlərlə bölgələri ələ keçirərək nəzarətdə saxlamağa yardım etməyəcək. Bunun üçün yaxşı təlim keçmiş, intizamlı qoşunlar gərəkdir. Nə İraq ordusu, nə də Suriyadakı qiyamçılar belədirlər”, - 2012-ci ildə İŞİD-in Suriyada əsir aldığı C.Kentli deyib.
 
Ötən həftə yayılmış videoda britaniyalı jurnalist “vətən məndən üz döndərib” demişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri