11 
Okt
2014
10:45
37
102
5975
Virtual karabakh

İslamçılar Kobanini ələ keçirirlər – FOTO + VİDEO

11 Okt, 2014
10:45
5975

İslamçılar Kobanini ələ keçirirlər – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu, terrorçuların Türkiyə sərhədlərinə birbaşa çıxışı deməkdir.

“İslam Dövləti” qruplaşması beşinci gün Suriyanın Türkiyənin sərhəddində yerləşən Kobani şəhərinin inzibati kvartalını nəzarət altına alıb.

Oxu.Az Euronews-a istinadən xəbər verir ki, hüquq-mühafizəçilərinin məlumatına görə, radikallar hal-hazırda şəhərin 40% ərazisini ələ keçiriblər. İnzibati kvartalın ələ keçirilməsi, islamçılar üçün Türkiyə sərhədlərinə birbaşa çıxış deməkdir.

Türk tank hissələri döyüşə tam hazır vəziyyətdədirlər. Amma yerli hakimiyyət əvvəlki kimi, bu ərazidə yaşayan etnik-kürdlərə sərhədi keçərək “İslam Dövləti” yaraqlılarına qarşı döyüşlərdə iştirak etməyə icazə vermir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ankaraya, kürdlərə Suriya ilə sərhədi keçərək islamaçılara qarşı mübarizə aparmağa icazə vermək çağırışı ilə müraciət edib. BMT-də hesab edirlər ki, əgər radikallar şəhəri tamamən zəbt edərlərsə, Kobaninin əhalisinin təxminən dörddə biri qətlə yetiriləcək.

Fayzal, Suriya qaçqını:

“Biz öz gözlərimizlə onların uşaqları öldürməklərini, qadınları oğurlamaqlarını, onları bazarda satmaqlarını görmüşük. Bu insan davranışıdır? Hələ üstəlik bizə imansız, kafir deyirlər. Mən onlardan birinin “imansız”ın nə olduğunu mənə başa salmağını istərdim. Onlar bizə dinimizi unutduğumuzu söyləyirlər. Amma biz yox, onlar bu anlayışı səhv başa düşürlər”.

Türk hakimiyyəti etiraf edir ki, islamçıların Kobanini ələ keçirmələri sadəcə zaman məsələsidir. Buna baxmayaraq Türkiyə hələ də, NATO müttəfiqlərinin dəstəyi olmadan radikallara qarşı quru əməliyyatlarına başlamaqdan imtina edir.


www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri