17 
Okt
2014
17:46
43
63
2976
Virtual karabakh

Kobanidə islamçıların hücumunun qarşısı alınıb

17 Okt, 2014
17:46
2976

Kobanidə islamçıların hücumunun qarşısı alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ kürd partiyası Demokratik ittifaq ilə ilk birbaşa danışıqlar aparıb.

Ötən sutka ərzində “İslam dövləti” yaraqlılarının Suriyanın Kobani şəhəri yaxınlığında yerləşən mövqelərinə ondan çox zərbə endirilib.

Oxu.Az Euronews-a istinadən xəbər verir ki, bu, kürd bölüklərinə yaraqlıların hücumlarını dayandırmağa müvəffəq olmağa kömək edib. Amma yalnız aviazərbələr kifayət etmir. Kürdlər ağır texnika ilə də kömək etməyi xahiş edirlər.

ABŞ kürd partiyası Demokratik ittifaq ilə ilk birbaşa danışıqlar aparıb

Bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib:

“Biz Demokratik ittifaqla birbaşa ünsiyyət qurduq. Danışıqlar Suriyanın sərhədlərindən kənarda aparılırdı”.

Suriyanın Kobani şəhəri uğrunda sərt mübarizə sentyabrdan davam edir. Son günlərdə hər küçə, hətta hər ev üçün döyüş gedir. Hüquq mühafizəçilərinin verdiyi məlumata görə, burada 650 nəfər həlak olub. Onlardan çoxu ekstremistlərdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri