20 
Okt
2014
22:57
40
107
5614
Virtual karabakh

İranda saçı görünən qadınlara kislota atırlar - FOTOLAR

20 Okt, 2014
22:57
5614

İranda saçı görünən qadınlara kislota atırlar - FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəriət qanunlarına görə, qadın başını bağlayarkən saçı görünməməlidir.

İran hakimiyyəti ölkənin üçüncü böyük şəhəri sayılan İsfahanda qadınlara hücumlarla bağlı hadisəni araşdırır. 

Oxu.Az Modern.Az-a istinadən xəbər verir ki, bir qrup cinayətkar hicabı düzgün taxmayan qadınların üstlərinə kislota tökür. 

Bəzi məlumatlara görə, bununla bağlı 13 hücum qeydə alınıb. Onların qurbanları adətən avtomobil sükanı arxasında əyləşən qadınlar olurlar. Motosikletlə hərəkət edən cinayətkarlar kislotanın qadınların üzlərinə düşməsinə cəhd edirlər. Bundan sonra dərhal hadisə yerindən uzaqlaşırlar. Polis isə insidentlə bağlı iki fakt barədə məlumat verib. Polis nümayəndəsi Hüseyn Aştari bəyan edib ki, belə hücumlarda şübhəli bilinən bir neçə nəfər saxlanılıb. 

İsfahanın ən nüfuzlu ilahiyyatçısı xoca Məhəmməd Taci Rəhbər bu hücumları ciddi qınayıb. Şəriət qanunlarına görə, qadın başını bağlayarkən saçı görünməməlidir. Ancaq İranda çoxları saçının uclarını hicabdan çıxarmaqla buna dəb aksessuarı kimi yanaşır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri