25 
Okt
2014
15:07
43
23
1350
Virtual karabakh

Sabah Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək

25 Okt, 2014
15:07
1350

Sabah Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deputatlığa namizədlər arasında azərbaycanlılar da var.

Sabah Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, 450 yerlik Ali Radanın deputatlarının yarısı proporsional, yarısı isə majoritar qaydada seçiləcək.
 
Keçid baryerinin 5% təşkil edəcəyi seçkilərdə 29 siyasi partiya iştirak edəcək.

Onların arasında “Pyotr Poroşenkonun Bloku”, baş nazir Arseni Yatsenyuk və spiker Aleksandr Turçinovun başçılıq etdiyi Xalq Cəbhəsi, Oleq Lyaşkonun “Radikal Partiya”sı, Yuliya Timoşenkonun “Batkışina”sı da var.

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Mixail Oxendovski bildirib ki, yaranmış vəziyyətlə əlaqədar Donetsk vilayətindəki 21 dairədən 9-da və Luqansk vilayətindəki 11 dairədən 6-da seçkilər baş tutmayacaq. Bu isə 4,6 mln. seçicinin seçkidə iştirak edə bilməməsi deməkdir.

Seçkilərin nəticələrinin oktyabrın 29-30-da açıqlanacağı gözlənilir.

Deputatlığa namizədlər arasında azərbaycanlılar da var.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri