31 
Okt
2014
10:45
23
119
2952
Virtual karabakh

İsrail Qüds məscidi Əl-Əksaya girişi açdı – YENİLƏNİB

31 Okt, 2014
10:45
2952

İsrail Qüds məscidi Əl-Əksaya girişi açdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lakin yeni şərtlər var.

İsrail hakimiyyəti Qüds məscidi Əl-Əksaya girişi açıblar.

Oxu.Az Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Sky News Arabia bildirib.

Məscidin ziyarətçiləri üçün yaş həddi təyin ediləcək, məscidə 50 yaşından aşağı olan şəxslər daxil olması qadağan edən qayda tətbiq ediləcək.

Daha öncə İsrail Qüdsdə Əl-Əksa və Kubbat əs-Səhr məscid kompleksi Məbəd dağına girişi qadağan etmişdilər. Buna  səbəb İsraildə mərkəzi hərakatın nümayəndələrinin asayiş pozmaları olmuşdu.  

17:11 (30.10.2014)

İsrail hakimiyyəti 1967-ci ilin Altıgünlük müharibəsindən sonra ilk dəfə olaraq Əl-Əksa müsəlman məscidinə girişi qeyri-müəyyən vaxtadək tamamən bağlayıblar.  

Oxu.Az xəbər verir ki, bu barədə ərəb KİV-i xəbər verir.

Fələstinin prezidenti Mahmud Abbas dəftərxanasında artıq qeyd ediblər ki, “Əl-Əksa Məscidinə girişin bağlanması müharibənin elan edilməsinə bərabərdir”.

“Ə-Hərəm əş-Şərif” statusu Fələstin-İsrail münasibətlərinin kəskin problemlərindəndir, üç din şəhəri (xristianlıq, buddizm və islam) Qüdsün problemi kimi. VII əsrin sonu VIII əsrin əvvəlində tikilən Əl-Əksa məscidi məhz orada yerləşir.

Qüds müsəlmanlar üçün Məkkə və Mədinədən sonra mühümlüyünə və böyüklüyünə görə üçüncü yerdir. Müsəlmanlar islamın yarandığı dövrdə namaz üçün məhz Əl-Əksa məscidinə tərəf yönəlirdilər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri