30 
Okt
2014
18:05
23
102
3569
Virtual karabakh

Qiyamət günü yaxınlaşır: Roma Papası Darvinlə razılaşdı

30 Okt, 2014
18:05
3569

Qiyamət günü yaxınlaşır: Roma Papası Darvinlə razılaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təbiətdə təkamül dünyanın yaradılmasına təzad təşkil etmir”.

Roma Papası Fransisk Böyük Partlayış nəzəriyyəsini və təkamülə dair elmi nəzəriyyələrinin Allaha inanmaqla heç bir ziddiyyət təşkil etmədiyini bildirib.

Oxu.Az The Guardian-a istinadən xəbər verir ki, o, bu bəyanatı Pontifikal elmlər akademiyasında çıxışı zamanı edib.

Roma Papasının sözlərinə görə, kainatın yaranması barədə Böyük Partlayış nəzəriyyəsini və təkamülə dair elmi nəzəriyyələri qəbul edir. Papa bildirib ki, bütün bunları qəbul etmək Allaha inanmaqla heç bir ziddiyyət təşkil etmir.

“Təbii təkamül dünyanın yaranması nəzəriyyəsinə əks deyil, belə ki, təkamül üçün inkişaf edəcək canlı məxluqlar mütləqdir”, - pontifik qeyd edib.

Ateistlər deyirlər ki, kainatın Böyük Partlayışdan doğduğunu qəbul edəndə Allaha ehtiyac qalmır. Əlbəttə, Roma papası bu mülahizə ilə razılaşmır, sadəcə olaraq Allahın sehrbaz olmadığını söyləyir.

“Biz yaradılış haqqında Genesisi oxuyanda, belə bir yanlış təsəvvürə gələ bilərik ki, guya Allah sehrbazdır və öz sehrli çubuğu ilə hər şeyi etməyə qadirdir. Lakin bu, belə deyil, o insan məxluqlarını yaradıb və onların hər birinə yerinə yetirilməsi üçün daxili qanunlar verərək inkişaf imkanı yaradıb. Allah ilahə qüvvə və ya sehrbaz deyildir, lakin hər bir şeyə həyat vermiş Yaradandır. Təbiətin təkamülü yaradılış anlayışı ilə ziddiyyət təşkil etmir, çünki təkamülün özü də təkamül olunacaq şeylərin varlığını tələb edir” – Roma Papası bildirib.

Mətbuat yazır ki, belə bir düşüncə tərzi Katolik Kilsəsində yenilik deyil və Katolik keşişləri papa 16-cı Pius-dan bu yana 6 əsr ərzində ilahi təkamül ideyasını qəbul ediblər. Lakin bu təkamül əlbəttə, ali qüvvənin varlığının qəbul olunması ilə birlikdə məqbul sayılıb.

Təkamül nəzəriyyəsi təbiətdə baş verən bəzi prosesləri açıqlaya bilməz, belə ki, bəzi sualların cavabları elmin sərhədlərindən kənardadır.

A.İ.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri