30 
Okt
2014
17:50
14
61
2835
Virtual karabakh

Kral ölüb? Samsung-un gəliri 49% azalıb

30 Okt, 2014
17:50
2835

Kral ölüb? Samsung-un gəliri 49% azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Galaxy S5 modeli əvvəlki modelin tam təkrarıdır.

Samsung uçurumun kənarındadır. Dünyada iri smartfon istehsalçısı olan strategiya seçimində iki dəfə səhv edib, bu iş ona çox baha başa gəlib. Şirkətin gəlirləri 2012-ci ilin səviyyəsinə düşüb.

Nəyə görə biz Samsung deyəndə ağıla ilk olaraq smartfonlar gəlir? Birincisi, məhz bu bölmə son illər satışın sürətlə artmasına səbəb olub. İkincisi, məhz elə bu bölmə III rübdə ən pis dinamikanı nümayiş etdirdi. Əməliyyat gəliri burada 6,7 trilyondan 1,75 trilyona düşdü!

Şirkət üçün müsbət yön, onun fəaliyyətinin smartfonlardan başqa istiqamətlərdə də inkişaf etməsidir, Cənubi Koreya şirkətinin televizor, Mərkəzi prosessor və operativ yaddaş buraxılışına cavabdeh olan bölmələr də var.

IV rübdə perspektivlər barədə Cənubi Koreyanın bəyanatı aşağıdakı kimi səslənir: “Biz televizorlara olan mövsümi tələbatın və məlumat saxlanması sistemlərinin hazırlanması üzrə biznesin davamlı inkişafı fonunda gəlirin artmasından ehtiyatla danışırıq”. Başqa sözlərlə Samsung-un hələ ki, smartfon və planşet istehsalından başqa həqiqətən perspektivli bölmələri var.

Şirkət həmçinin elmi-tədqiqat və təcrübə-konstruiktiv işlərədə vəsait ayırır, bu isə vendora indi də olmasa müəyyən müddətdən sonra yaranan texnotrendə adaptasiya olmaq üçün lazımi texnologiyaya rast gəlmək şansı verir.

Samsung elə özünün təyin etdiyi, sərhəddi saxlaya bilər, amma qacetlər sahəsində bu mümkün deyil. Xatırlayaq ki, Sony xatırlayaq onu gözəl televizorlar xilas edə bilmədi və o yenidən meydana çıxmaq üçün smartfonların yığılmasına üz tutub. Bir tərəfdən Apple öz bahalı amma üslublu və keyfiyyətli qacetləri ilə, digər tərfədən isə üç dəfə ucuz smartfon və planşetlər istifadə edən Xiaomi, Lenovo və bir sıra çin oyunçuları təsir edir.

Galaxy Note və Galaxy Alpha qurğuları lider mövqeyini saxlamaq üçün yetərli deyil və Samsung kütləvi olacaq başqa bir innovasiya meydana çıxarmalıdır.bəlkə Galaxy S6-da yaradıcıların iPhone 6 və iPhone 6 Plus realizə edə bilmədikləri ideyaları həyata keçirmək lazımdır.

Mənbə

A.İ.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri