30 
Okt
2014
18:44
92
45
8289
Virtual karabakh

Ərdoğanın 1000 otaqlı sarayı - VİDEO

30 Okt, 2014
18:44
8289

Ərdoğanın 1000 otaqlı sarayı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onun dəyəri 270 milyon avrodur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qonaqlara Ankaradakı yeni sarayını təntənəli şəkildə təqdim edib, Oxu.Az Euronews-a istinadən xəbər verir.

Bu 270 milyon avro dəyərində olan, min otaqlı dəbdəbəli saray müxalifəti qıcıqlandırıb.

Ərdoğanın siyasəti ilə razı olmayanların fikrincə bu, dövlət başçısının hakimiyyətdən sui-istifadə meyllərinin olmasından xəbər verir.

Ətraf mühit müdafiəçiləri həmçinin saray kompleksinin ucaldılmasından narazıdırlar, belə ki, saray tikilərkən yüzlərlə ağac kəsilib.

Əvvəlcədən bu, baş nazirin iqamətgahı olmalı idi, amma Ərdoğan prezident kürsüsünə oturduqdan sonra tikilinin də statusu dəyişdi.

Rəcəb Tayyib Ərdoğan 2014-cü ilin avqustunda keçirilən prezident seçkilərində qalib gəlib. 2003-cü ildən o, baş nazir vəzifəsini tutub, 1994-1998-ci illərdə isə İstanbulun meri olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri