30 
Okt
2014
19:15
46
21
2348
Virtual karabakh

Rusiyalıları Yeni il səfərlərindən imtina etməyə çağırıblar

30 Okt, 2014
19:15
2348

Rusiyalıları Yeni il səfərlərindən imtina etməyə çağırıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada yoluxucu xəstəliklərlə qeyri-sabit vəziyyəti nəzərə alaraq...

Rusiya istehlakçı nəzarətinin rəhbəri Anna Popova rusiyalıları Yeni il tətilləri zamanı xarici səyahətlərdən imtina etməyə çağırıb. O, bunu bütün dünyada Ebola virusunun yayılması ilə əlaqələndirib, Oxu.Az BBC-yə istinadən xəbər verib.

Onun sözlərinə görə, dünyada yoluxucu xəstəliklərlə qeyri-sabit vəziyyəti nəzərə alaraq mümkün səfərləri təxirə salmaq tövsiyə edilir.

O, həm də bildirib ki, idarə epidemiyanın bir neçə min insanın ölümünə səbəb olduğu Qərbi Afrikadan gələn aviasərnişinlərin sərhəddə keçid məntəqələrində monitorinqlər keçirir.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına görə, Qərbi Afrikada Ebola virusunun yaranması nəticəsində zərərçəkənlərin ümumi sayı 10,1 min nəfərdir, onlardan təxminən 5 min nəfəri ölüb.

A.İ.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri