22 
Sen
2017
02:31
55
96
6884
Virtual karabakh

Tramp Şimali Koreya ilə bağlı qərar qəbul etdi

22 Sen, 2017
02:31
6884

Tramp Şimali Koreya ilə bağlı qərar qəbul etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp Şimali Koreya barədə şok qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, Trampın qərarına görə, bundan sonra Şimali Koreya ilə ticarət əlaqəsində olan bütün bank və şirkətlərə qarşı sanksiyalar tətbiq ediləcək.

Bu barədə Tramp Nyu-Yorkda Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşdən əvvəl deyib. Onun sözlərinə görə, ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar planlaşdırır.

“Sanksiyalar çərçivəsində Şimali Koreya ilə birlikdə çalışan, onlarla ticarət əlaqələri olan bütün şirkət və banklar bizim dəstəyimizdən məhrum olacaq. Bütün şirkətlərə və banklara sanksiyalar tətbiq ediləcək”, - deyə Tramp bildirib.

Amerika rəhbərinin sözlərinə görə, Şimali Koreya ilə sıx ticarət əlaqəsində olan Çinin Mərkəzi Bankı da sanksiyalara məruz qalacaq.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri