21 
Noy
2014
09:53
26
47
2721
Virtual karabakh

Oktyabrda Rusiyadan 28 milyard dollar pul çıxarıblar

21 Noy, 2014
09:53
2721

Oktyabrda Rusiyadan 28 milyard dollar pul çıxarıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ölkənin İqtisadi İnkişaf Nazirliyi isə pozitiv proqnozlar verir.

Rusiyadan kapital axını 2014-cü ilin oktyabrında maksimal həddə çataraq 28 mlrd. dollar təşkil edib.

Oxu.Az xəbər verir ki, müvafiq informasiya Rusiya Federasiyasının (RF) İqtisadi İnkişaf Nazirliyinin dərc etdiyi “Rusiyanın iqtisadi siyasətinin müasir problemləri və çağırışları” adlı təqdimatda verilib.   

Təqdimatda Rusiyanın 2015-ci il üçün sosial-iqtisadi inkişafına dair proqnoz yer alır.

Gələn il ərzində ÜDM-nin 1,2 faiz yüksələcəyi, neftin bir barelinin 100 dollar olacağı, kapital axının isə 50 milyard dollar olacağı gözlənilir.  

Bundan başqa əhalinin sosial məvacibinin 0,5 faiz artacağı gözlənilir. Rusiya Federasiyasının iqtisadiyyatının əsas riski geosiyasi amillər və neftin qiymətinin ucuzlaşması ola bilər.  

Mərkəzi bankın yenilənmiş proqnozuna müvafiq olaraq RF-dən kapital axını 2014-cü ilin nəticələrinə görə 128 milyard dollardan ibarət olub.

İqtisadi İnkişaf Nazirliyinin dəyərləndirməsinə görə, kapital axını 100 milyard dollardan ibarət olacaq.

2014-cü ilin aprel ayında Beynəlxalq valyuta fondunun müşaviri Antonio Spilimberqo Rusiyadan kapital axının rekord həddə çatacağını və 100 milyarddan artıq olacağını bəyan etmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri