28 
Noy
2014
19:10
17
209
2414
Virtual karabakh

Finlandiya parlamenti geylərin nikahına icazə verdi

28 Noy, 2014
19:10
2414

Finlandiya parlamenti geylərin nikahına icazə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanun 105 lehinə və 92 əleyhinə səslə qəbul edilib.

Finlandiya Parlamenti həmcinslərin nikahına icazə verən qanun layihəsini qəbul edib.

Oxu.Az bu barədə Reuters-ə istinadən xəbər verir.

Qanun 105 lehinə və 92 əleyhinə səslə qəbul edilib.

Sənədə uyğun olaraq həmcins cütlüklər ənənəvi cütlüklərin malik olduqları hüquqlara malik olacaqlar. Bundan başqa övladlığa uşaq götürmək icazəsi də veriləcək. Bu qaydanın 2016-cı ildə qüvvəyə minəcəyi gözlənilir.

Qanun layihəsi vətəndaşlar tərəfindən irəli sürülüb, belə ki, ölkə qanunlarına görə, bunun üçün 50 min imza toplamaq kifayət idi. Finlandiya seymində bu qanun layihəsinin nəzərdən keçirilməsi ictimai rezonans doğurub, səsvermə günü qanuna tərəfdar və zidd olan minlərlə şəxs parlament binasının qarşısında manifest keçiriblər.

Bu günə qədər Finlandiya Skandinaviya ölkələri arasında, həmcins cütlüklərin nikahının qanunlaşdırılmadığı yeganə ölkə idi. Norveç, İsveç və Danimarka bunu 2008, 2009 və 2002-ci ildə ediblər. İndiyə qədər Finlandiyanın həmcins cütlükləri yalnız vətəndaş partnyorluqlarını qeydiyyatdan keçirə bilərdilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri