11 
Okt
2021
16:44
406
14
1909
Virtual karabakh

Türkiyədə 117 yaşlı qadın koronavirusa qalib gəldi - FOTO

11 Okt, 2021
16:44
1909

Türkiyədə 117 yaşlı qadın koronavirusa qalib gəldi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Hakkari vilayətində yaşayan Muteber Engindeniz 117 yaşında koronavirusa qalib gəlib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, o, xəstəxanaya belə getməyib. Öz evində 14 gün karantində qaldıqdan sonra sağalıb.

Türkiyədə COVID-19-a qalib gələn ən yaşlı insan adını alan nənə uzunömürlülüyünü sağlam qidalanması ilə əlaqələndirib.

“19 il əvvəl ərim vəfat elədi. Uşaqlarım, nəvələrim məni həyata bağladı. Uşaqlığımdan bəri hər gün süd, qatıq, pendir, bağçamda becərdiyim tərəvəzlərlə qidalandım. Hər zaman hərəkət etdim. Bu yaşıma qədər ciddi xəstəlik keçirməmişəm. Mənə bundan sonra nə qədər ömür verəcəyini bilmirəm, amma yaşatdığı gözəl həyat üçün Allaha həmişə şükür edirəm”, - deyə o bildirib.

Engindəniz həmçinin peyvəndin hər iki dozasını vurdurduğunu deyərək, hər kəsi vaksinasiyadan keçməyə çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri