11 
Okt
2021
17:48
16
191
2547
Virtual karabakh

Mahaçqalada doqquzuncu sinif şagirdlərinin mübahisəsi qətllə bitdi - VİDEO

11 Okt, 2021
17:48
2547

Mahaçqalada doqquzuncu sinif şagirdlərinin mübahisəsi qətllə bitdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının Mahaçqala şəhərində məktəblilər arasında baş verən insident ölümlə nəticələnib.

Belə ki, məktəbli dava zamanı öz sinif yoldaşını bıçaqlayıb.

Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verir ki, zərərçəkən xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Qeyd olunur ki, hadisə Mahaçqala şəhəri 51 saylı məktəbin 9-cu sinif şagirdləri arasında baş verib.

Ölüm hadisəsini törədən məktəbli artıq saxlanılaraq yerli polis idarəsinə aparılıb.

Qətllə bağlı cinayət işi açılıb.

Sinif yoldaşını öldürməkdə şübhəli bilinən məktəblinin ifadə verən şəraitdə görüntüləri də yayımlanıb.

Yeniyetmə istintaqa bildirib ki, cinayəti törədən zaman affekt vəziyyətində olub. Cinayət zamanı istifadə etdiyi bıçağı isə mağazadan alıb.

Həmçinin qətl hadisəsinin baş verdiyi məktəbin direktoru və onun tərbiyəvi işləri üzrə müavininə də səhlənkarlıq maddəsi ilə ittiham elan edilib.

Bundan əlavə, məktəbin mühafizəsini təşkil edən özəl şirkət də məsuliyyətə cəlb edilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri