28 
Noy
2014
20:34
16
150
8591
Virtual karabakh

Oğlunu öldürən ata: Üzümü yana çevirib baxmadan atəş açdım - FOTO

28 Noy, 2014
20:34
8591

Oğlunu öldürən ata: Üzümü yana çevirib baxmadan atəş açdım - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məni görüncə sinəsini əliylə açaraq “Vur” deyə qışqırırdı”.

Türkiyədə oğlunu öldürən atanın istintaqa ifadəsi hamını şoka salıb.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Sarıçam Mahalında baş verən qətl hadisəsi zamanı ata Mustafa Küçük oğlu Gökhanın ona bıçaqla hücum edib, öldürmək istədiyini bildirib. 

Ailə münaqişəsi səbəbindən yaşanan hadisəni nəql edən Mustafa Küçük deyib ki, əsəbiləşən oğlunu sakitləşdirməyə çalışsa da buna nail ola bilməyib: 

“Məni görüncə sinəsini əliylə açaraq “Vur” deyə qışqırırdı. Əlindəki bıçaqla üzərimə gəlincə balkona qaçdım. Üzərimə gəlməyə davam etdi. Qorxutmaq üçün ayaqlarına doğru tüfəngdən atəş açdım. O, yıxılmadı və üzərimə bıçaqla gəlməyə davam etdi. “Ardını gətir. Yoxsa mən səni öldürəcəyəm” dedi. Bundan sonra üzümü yana çevirib baxmadan atəş açdım”. 

Prokuror məhkəmədən Mustafa Küçükə ömürlük həbs cəzası istəyib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri