28 
Noy
2014
22:29
56
108
7816
Virtual karabakh

Putinin 435 minlik pələngi keçiləri parçaladı

28 Noy, 2014
22:29
7816

Putinin 435 minlik pələngi keçiləri parçaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üzərində izləmə cihazı olan pələng qurbanlarında inanılmaz izlər qoyub.

Vladimir Putin tərəfindən azadlığa buraxıldıqdan sonra Çinə qaçmış pələnglərdən biri bölgədə kəndlilərə məxsus keçiləri parçalayıb. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, üzərində izləmə cihazı olan pələng qurbanlarında inanılmaz izlər qoyub. Parçalanan keçilərdə insan barmağının diametri böyüklükdə diş izləri aşkarlanıb.

Qeyd edək ki, Rusiya lideri Sibirin cənubunda acından ölmək təhlükəsi ilə üzləşən Borya, Kuzya, Usti, Svetlaya və İlona adı verilən amur pələnglərinin saxlanması üçün 435 min 500 dollar xərcləyib. Sürətlə azaldığına görə adı “Qırmızı Kitab”a düşmüş pələnglərdən ikisi Usti və Kuzya azadlığa buraxıldıqdan sonra sərhəddi keçərək Çinə qaçmışdılar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri