19 
Dek
2014
20:26
61
83
3414
Virtual karabakh

Putin: 2015-ci ildə Rusiya Silahlı Qüvvələrinə 50-dən çox raket veriləcək - FOTO

19 Dek, 2014
20:26
3414

Putin: 2015-ci ildə Rusiya Silahlı Qüvvələrinə 50-dən çox raket veriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bunun necə böyük güc olduğunu təsəvvür edirsiz?”

2015-ci ildə 50-dən çox qitələrarası ballistik raket Rusiya Silahlı Qüvvələrinin arsenalına veriləcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən geniş kollegiya iclasında bildirib.

“2015-ci ildə strateji nüvə silahı qüvvələrinin tərkibinə 50-dən çox qitələrarası ballistik raket veriləcək. Bunun necə böyük güc olduğunu təsəvvür edirsiz?”- deyə Rusiya dövlət başçısı bildirib. 

Vladimir Putin NATO-nun Şərqi Avropada aktivliyinin artmasına baxmayaraq Rusiya hərbi doktrinasının müdafiə xarakterli olaraq qalacağını söyləyib: 

“Bununla yanaşı Rusiya öz təhlükəsizliyini ardıcıl və möhkəm müdafiə edəcək. Rusiya hər zaman olduğu kimi ardıcıl olaraq öz maraqlarını və suverenliyini müdafiə edəcək,  beynəlxalq sabitliyi möhkəmləndirməyə çalışacaq, bütün dövlətlər və xalqlar üçün bərabər təhlükəsizliyə tərəf olacaq”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri