19 
Dek
2014
22:12
143
25
2909
Virtual karabakh

Pakistandan qisas əməliyyatı: 58 ölü

19 Dek, 2014
22:12
2909

Pakistandan qisas əməliyyatı: 58 ölü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölənlərdən bir “Taliban”ın komandiri olub.

Pakistanda “Taliban” qruplaşmasının Pişəvərdəki məktəbə hücumundan və 149 insanı öldürdükdən sonra qisas əməliyyatına start verilib. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, hakimiyyətin açıqlamasaında bildirilir ki, əməliyyat nəticəsində aviasiya və quru qoşunları 58 yaraqlını məhv ediblər. 

Pakistanda matəmin üçüncü günü təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yaxın olan Heybər ərazisində əməliyyat keçirib. Bu zaman ən azı 50 yaraqlı məhv edilib. Daha 8 yaraqlı Balucistan əyalətində öldürülüb. Onlardan biri “Taliban”ın komandiri olub. 

Qeyd edək ki, Pişəvər məktəbində kütləvi qətllər bütün dünyanı sarsıdıb. Ölkənin baş naziri Nəvaz Şərif ölüm hökmü üzərində danışıqlara son qoyulduğunu deyib. 

Həbsdə olan 6 terrorçunun ölüm hökmü imzalanıb. Ordu onların adlarını açıqlamır. Onların adının edamlarından sonra açıqlanacağı bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri