15 
Yan
2015
17:31
183
30
20381
Virtual karabakh

İrəvanda Putini Azərbaycanca söydülər

15 Yan, 2015
17:31
20381

İrəvanda Putini Azərbaycanca söydülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya səfirliyi qarşısında qarşıdurma baş verdi.

İrəvanda Rusiya səfirliyinin binası qarşısında yüzlərlə Ermənistan vətəndaşı etiraz aksiyası keçirir.  

Oxu.Az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, onlar Gümrüdə Avetisyanlar ailəsinin qətlində günahlandırılan və həbs olunmuş Valeri Permyakovun Ermənistan məhkəməsinə verilməsini tələb edirlər.  

Polislər etirazçılara binaya yaxınlaşmağa icazə verməyiblər və onları qarşı yolda dayanmağa çağırıblar. Lakin, aksiya iştirakçıalrı yolu keçərək səfirliyin binası qarşısında dayanıblar.

Etirazçılar “Müstəqil, azad Ermənistan!”, “Suveren Ermənistan”, “Permyakov Ermənistanda mühakimə edilsin”, “Putin – s@ktir” şüarlarını səsləndiriblər.  

Polislər etirazçıları qarşı küçəyə doğru yönləndirsə də, bunun heç bir nəticəsi olmayıb. 
 
www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri