29 
Yan
2015
11:49
34
170
22176
Virtual karabakh

6-cı sinif şagirdi pornoya baxmaq qadağasına görə özünü öldürdü – FOTO

29 Yan, 2015
11:49
22176

6-cı sinif şagirdi pornoya baxmaq qadağasına görə özünü öldürdü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Anası və atası ilə ağır söhbətdən sonra...

Sankt-Peterburqda (Rusiya) 6-cı sinifdə oxuyan qız valideynləri ilə mübahisədən sonra intihar edib.

12 yaşlı Daşa L. valideynləri ilə ağır söhbətdən sonra 14-cü mərtəbədə yerləşən mənzilin pəncərəsini açaraq özünü aşağı atıb.

Mübahisəyə səbəb isə qızın davranışı olub. Belə ki, dəhşətli addımdan bir müddət öncə Daşanın valideynləri onun öz kompüterində müxtəlif porno-saytlara baxdığını aşkar ediblər. Uşaq ilə söhbət çox emosional keçib və uşaq dözməyib.

“Qızın ölümündən sonra valideynləri onun telefonuna baxıblar. Telefonda qızın rəfiqələrindən etik normalara sığmayan mesajların olduğunu görüblər. Ailə normaldır, heç bir zaman polis orqanlarının nəzərinə düşməyiblər. İndi intihar faktı üzrə yoxlama aparılır. “İntihar həddinə çatdırma” maddəsi üzrə cinayət işinin açılacağı istisna deyil”- deyə, Sankt-Peterburqdakı hüquq mühafizə orqanı əməkdaşı bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri