29 
Yan
2015
14:58
130
14
2620
Virtual karabakh

Deputat Rusiyada bütün porno-saytlara girişi bağlamağı təklif etdi

29 Yan, 2015
14:58
2620

Deputat Rusiyada bütün porno-saytlara girişi bağlamağı təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz bunun üçün mübarizə aparmışıq? O, kimə lazımdır?”.

Sankt-Peterburqda 6-cı sinif şagirdi pornoya baxmaq qadağasına görə intihar etdikdən sonra Rusiyanın “şimali paytaxtının” qanunverici iclasının deputatı Vitali Milonov pornoqrafiyanın istənilən halda təzahür etdiyi saytların bağlanmasını təklif edib.

Deputat internetdə pornoqrafiya ilə ən sərt mübarizəyə hazırdır və Rusiyada bütün porno-saytlara girişin qadağan edilməsinə dair qanun layihəsi hazırlayır. Bu, xüsusilə sosial şəbəkələrə aiddir və qəribə də olsa Vitali Milonov ABŞ-dakı sosial şəbəkələri misal olaraq  göstərib, Lifenews xəbər verir.

“Facebook və ya Google+-ə daxil olun, orada pornoqrafiyanı harada taparsız? – Milonov soruşub. – Çünki Amerikada pornoqrafiyanın yayılmasına görə məsuliyyət böyük və sərtdir. Nəyə görə bu, “V Kontakte” və “Odnoklassnik”də var? Düşünürəm ki, bunu etmək asandır. Əsas cəmiyyətin buna münasibətidir. Biz əxlaqsızlıq yuvalarının lehinə ya əleyhinəyik?”.

Milonovun sözlərinə görə, Rusiyada gənclər üçün ən populyar kino baxışı internet, onlayn-kinoteatrdır. Aylıq məbləği ödəməklə cizgi filmlərinə və macəralara giriş əldə etmək mümkündür. Eyni zamanda, pornoqrafiyaya da. Deputat məşhur və sanballı onlayn-kinoteatrlardan birində öz uşaqları üçün abunəçilik əldə edib ki, onlar cizgi filmlərinə baxsınlar. Elə bu zaman servisin digər imkanları üzə çıxır. Burada gözəl sovet dövrünün cizgi filmləri ilə yanaşı, pornoya da baxmaq mümkündür.

“Pornoqrafiya insanları əxlaqsızlaşdırır, - Milonov deyib. – O, şəxslər arası münasibətlərin dəyərini sıfıra endirir. O, gənclərin psixologiyasına destruktiv təsir göstərir. O nəyə lazımdır? Biz bunun üçün mübarizə aparmışıq? O, kimə lazımdır? Cəmiyyətimiz üçün dəyərli olmayan iyrənclərə. Bizim cəmiyyət belələrinə işləməməlidir. Bizim cəmiyyət sağlam dəyər oriyentirlərinin tərənnümünə çalışmalıdır”.

Xatırladaq ki, Sankt-Peterburqda altıncı sinifdə oxuyan qız valideynləri ilə mübahisədən sonra intihar edib. 12 yaşlı Daşa L. valideynləri ilə ağır söhbətdən sonra 14-cü mərtəbədə yerləşən mənzilin pəncərəsini açaraq özünü aşağı atıb.

Mübahisəyə səbəb isə qızın davranışı olub. Belə ki, dəhşətli addımdan bir müddət öncə Daşanın valideynləri onun öz kompüterində müxtəlif porno-saytlara baxdığını aşkar ediblər. Uşaq ilə söhbət çox emosional keçib və uşaq dözməyərək özünü öldürüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri